İctimai Şura nümayəndələri UNİCEF-in Uşaq müdafiəsi proqramının rəhbəri ilə görüşüblər
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov və Şuranın sədr müavini Nailə İsmayılova, Şuranın üzvü Vəfa Abbasova, Şuranın üzvü Samirə Mustafayeva UNİCEF-in Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov ilə görüşüblər.
Görüşdə erkən nikah, qadın və uşaq hüquqlarının qorunması və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu yöndə qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.