Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTOLAR

ictimaishura.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın növbəti iclas keçirilib. Tədbirdə 3 ay müddətində həyata keçirilmiş işlərə nəzər salınıb, ilin sonuna kimi icra olunması planlaşdırılan fəaliyyətlər ətrafında müzakirələr aparılıb.

Gündəlikdə duran məsələlər ətrafında danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ictimai şuranın sədri Fariz Əkbərov vurğulayıb ki, altı aylıq fəaliyyət planında yer almış fəaliyyətlərin icrası barədə fəaliyyət göstərən işçi qruplar məlumatı ilə tanış olmuşdur. Şuranın nəzdində sosial, təhsil, ailə və uşaq və digər sahələrdə fəaliyyət göstərən işçi qruplar aidiyyəti istiqamətlər üzrə bir sıra tədbirlər keçirmiş,problemlərin həlli istiqmətində zəruri səylər göstərmişlər.

Ümumilikdə 3 ay müddətində fəaliyyət göstərən  işçi qruplarına 80 müraciət daxil olmuşdur və onların 43 müsbət həllini tapıb, yerdə qalan müraciətlər üzrə isə işlər aparılır.

 

Tədbir iştirakçılarının ümumi qənaətinə görə, üç ay müddətində həyata keçirilmiş fəaliyyətlər, bütövlükdə, qənaətbəxş hesab edilmişdir.

2023-cü ilin ikinci yarısında icra olunan fəaliyyətlər barədə danışan İctimai Şura üzvləri həm işçi qrupları çərçivəsində icra etdikləri tədbirlər barədə danışıb, həm də ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra yeni təkliflərlə çıxış ediblər.

Xüsusilə qeyd olunub ki, qarşıdan gələn aylarda məsələləri ilə ictimai müzakirələr təşkil olunacaq, təlim və seminarlar daxil olmaqla müxtəlif maarifləndirmə tədbirləri keçiriləcək,  dəstək proqramları icra ediləcəkdir.

İclasda 2024 cü il üzrə Fəaliyyət Planı da müzakirə  edilib və cari məsələlərə baxılıb.  
İctimai Şuranın sədr müavinləri Nailə Ismayılova, Aynur Zülfüqarlı, Şuranın katibi Səbinə Kərimova və Şuranın üzvləri Vəfa Abbasova, Büllur Cavadova, Mətanət Cəfərova, Arzu Əliyevə, Samirə Mustafayeva və Elnarə Məhərrəmova təkliflərlərlə çıxış ediblər. Aparılan geniş müzakirələr zamanı bütün təkliflərin dəyərləndirilməsi aparılaraq, nəzərə alınıb.

Fotolar

Paylaş