Ictimai Şura üzvləri DİN-in şöbə rəisi ilə görüşüblər - FOTOLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Ictimai Şuranın sədri Fariz Əkbərov, Şuranın sədr müavini Nailə Ismayılova və Şuranın üzvü Samirə Mustafayeva Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi və həmin şöbənin əməkdaşları ilə görüşüblər.
Görüşdə uşaq hüquqları, uşaq evliliyi, qohum nikahları, uşaq əməyinin istismarı, məişət zorakılığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.