Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

İctimai Şura sahibkar qadının hüquqlarının bərpasına dəstək oldu

Sahibkar  Hacı  xanım Zərintac İsmayılova,  xeyriyyəçi, Qadın Sahibkarlar İB -nin Lənkəran şöbəsinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinə müraciət edərək,  onun Lerik rayonunda   fəaliyyət   göstərən  "Cənub Turizm İstirahət Mərkəzi" adlı müəssisəsinin fəaliyyətinin  qanunsuz bağladığı üçün köməklik istəyib.

Bununla bağlı AQUPK yanında İctimai Şuranın sədr müavini Rəhilə İbrahimqızı və Fəridə Hicran məlumat verib: “Hazırda  sahibkar Zərintac İsmayılovanın bizim də göstərdiyimiz səylərin  nəticəsində çətinliklə də olsa hüquqları bərpa olundu, obyektini özünə qaytardılar. Təbrik edirik.”

 


Paylaş