Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

Komitə sədri İctimai Şuranın sabiq üzvlərinə təşəkkürnamələr təqdim etdi - FOTO

06 iyul, 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İctimai iştirakçılıq: təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçirilib. 

B. Muradova Dövlət Komitəsi yanında ötən iki il ərzində fəaliyyət göstərən İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirib və seçilən yeni tərkibi təbrik edərək, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb.

Komitə yanında İctimai Şuranın sabiq sədri, “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”nın sədri Sahib Məmmədov İctimai şuranın 2021-2023-cü illərdə fəaliyyət göstərmiş tərkibinin səlahiyyəti dövründəki fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, İctimai şuranın səlahiyyət müddəti COVİD pandemiyası ilə bağlı davam edən karantin dövrünə təsadüf etdiyi üçün mövcud olan məhdudiyyətlər səbəbindən ictimai şuranın tədbirləri, görüşləri, iclasları daha çox onlayn rejimdə keçirilmişdir.

O, İctimai şuranın təşkil etdiyi tədbirlər, mediada edilən çıxışlar, ölkədə qadın, uşaq və ailə-məişət məsələləri ilə bağlı baş vermiş hadisələrlə bağlı hazırlanan müraciət və bəyanatlar barədə geniş məlumat verib. S. Məmmədov qeyd edib ki, iclaslarda əsasən fəaliyyət planlarının müzakirəsi və qəbul olunması, ictimai şuranın sosial şəbəkə hesablarının yaradılması haqqında məlumatlar verilmiş, üzvlərin fəallığı və fərdi hesabatlılıqla bağlı problemlərin müzakirəsi, cari məsələlər və s. müzakirə edilərək qərarlar qəbul olunmuşdur. 

Daha sonra Komitə sədri Bahar Muradova İctimai Şuranın sabiq üzvlərinə təşəkkürnamə təqdim etdi


Paylaş