Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi seçildi - FOTO
19 fevral 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın 11 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün İctimai Şuraya seçkilər keçirilib.
Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 39 namizəd rəsmi qeydiyyata alınıb.
Seçkinin təşkili məqsədilə Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən şuraya üzvlüyün say həddi 11 olaraq təsdiq edilib.
Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün Dövlət Komitəsi tərəfindən elan verilib və 7 mart – 10 aprel tarixlərində müraciət edən 372 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınıb. Onlardan 329 nəfər səsvermədə iştirak edib.
Seçki prosesinin sonunda səslər müvafiq komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:
1. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi - Cəfərova Mətanət Əsgər qızı
2. “Əliliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasın Dəstək” İctimai Birliyi - Kərimova Səbinə Aqil qızı
3. “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyi - Əliyeva Arzu Babaxan qızı
4. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi - İsmayılova Nailə İsgəndər qızı
5. "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə" İctimai Birliyi - Məhərrəmova Elnarə Aşir qızı
6. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi - Mustafayeva Samirə Vəli qızı
7. “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi - Əkbərov Fariz Vahid oğlu
8. “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi - Məmmədova Büllur Cavad qızı
9. “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi - Abbasova Vəfa Zahid qızı
10. "Mərhəmət" Kimsəsizlərə Yardım” İctimai Birliyi - Nəsirova İradə Polad qızı
11. “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi - Zülfüqarova Aynur Vaqif qızı
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq İctimai Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.
İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.