Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura

İctimai Şura üzvləri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət etdilər - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Komitə yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri və təşkilat rəhbərləri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar.

QHT rəhbərləri oradakı şəraitlə, ailələrə və uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olmuşlar.

Səfər iştirakçıları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Mərkəzin əməkdaşlarına ziyarətdə yaratdıqları şəraitə görə öz minnətdarlıqlarını bildirdilər.

Fotolar

Paylaş