İctimai Şuranın təşəbbüsü ilə “Uşaq Hüquqları Aylığı”na həsr edilmiş onlayn konfrans keçirilib
“Uşaq Hüquqları Aylığı”na həsr edilmiş onlayn konfrans keçirilib.
QHT.az xəbər verir ki, Bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşəbbüsü ilə “Uşaq Hüquqları Aylığı”na həsr edilmiş onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan ictimai Şuranın sədri Sahib Məmmədov bildirib ki, konfrans BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci il dönümü ərəfəsində həsr edilir və Azərbaycanda Uşaq Hüquqlarının vəziyyətin müzakirəsi məqsədini daşıyır.
Konfransda Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinimi üzvü, millət vəkilli Nigar Arpadarai, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Suleymanzadə, UNİCEF Azərbaycan ofisinin Uşaq müdafiəsi şöbəsinin müdiri Vüqar Salmanov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı proqramının gender məsələləri üzrə məsul şəxsi Zülfiyyə Quliyeva çıxış edib.
İctimai Şuranın üzvü Əliməmməd Nuriyev “Uşaq hüquqlarına dair qanunvericilik, mövcud icra mexanizmləri, çətinliklər”, İctimai Şura sədrinin müavini Mehriban Zeynalova “ Azərbaycanda Uşaq hüquqlarına dair vəziyyət və mövcud boşluqlar” İctimai Şuranın üzvü Kəmalə Aşumova “Məişət zorakılığı və fəsadlar” mövzusunda təqdimatlar etmişlər.
Tədbirdə Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının tətbiqi, uşaqların zərərli vərdişlərdən qorunması problemləri, erkən evlilik və məişət zorakılığı problemləri müzakirə olunub.