İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli şura üzvlərinə ötən müddət ərzində aparılan tədqiqat mövzuları haqqında məlumat verib.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həmin ərazilərdə əmək bazarı üzrə aparılan sorğunun nəticələri təqdim edilib. Işğaldan azad edilmiş ərazilərdə ən çox tələb olunacaq  peşələr barədə barədə məlumat verilib. Daha sonra əmək bazarında cari və gələcək təklifləri formalaşdıran əmək ehtiyatlarının təhsil pillələri üzrə statistik və ƏMAS sistemi ilə müqayisəli təhlili təqdim edilib.

İctimai şuranın sədri Elşad Məmmədovun və digər şura  üzvlərinin fikirləri, təklifləri dinlənilib. Milli Observatoriyanın fəaliyyətində ictimai ictirakçılığı təmin etmək məqsədi ilə şura üzvlərinin mütəmadi məlumatlandırılmasının önəmi vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.