GİN yanında İctimai Şuranın təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar ictimai müzakirə keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar olaraq gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirildi.
İctimai müzakirə öz işinə İctimai Şuranın sədr müavini Ramin Həbibzadənin açılış nitqi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar olaraq nazirlik tərəfindən həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərlə əlaqədar olaraq ictimai müzakirənin iştirakçılarını məlumatlandırıb.
İctimai müzakirədə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə "Konstitusiya və Suverenlik” ili çərçivəsində fəaliyyətlərlə əlaqədar fikir və təkliflərlə çıxış etdikdən sonra, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin aidiyyəti istiqamətlər üzrə təşəbbüs və təklifləri irəli sürülərək, müzakirələr aparılıb.