Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzində Nazirlik yanında İctimai şura ilə görüş olub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzində Nazirlik yanında İctimai şura ilə görüş olub.

DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov “İşsizin dostu” proqramı çərçivəsində görülən işlər barədə İctimai şura üzvlərinə məlumat verib. Mərkəzin direktoru vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi, ictimai nəzarətin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi sahələrində İctimai şura üzvlərinin suallarını cavablandırıb.

İctimai şuranın sədri, professor Elşad Məmmədov sosial sahədə fəaliyyət göstərən dövlət qurumları ilə İctimai şura arasında əlaqələrin genişləndirilməsi sahəsində son illər aparılmış işlərin önəminə diqqət çəkib. O, qurumlarla keçirilən belə görüşlərin, aparılan müzakirələrin ictimai iştirakçılığın təmin edilməsi baxımından önəmli olduğunu vurğulayıb.


Paylaş

Aktiv sorğu yoxdur.