DGK yanında İctimai Şuranın ilk iclası keçirilib, sədr seçildi!

Martın 10-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni seçilmiş tərkibinin ilk iclası keçirilib.

QHT.az xəbər verir ki, iclasda İctimai Şuranın fəaliyyətinin təşkilinə dair məsələlər müzakirə edilib, şuraya sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib. Azərbaycan Banklar Assosiasiyası sədri Nuriyev Zakir Əlibala oğlu sədr, “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyinin sədri Atakişiyev Ruslan Bahyəddin oğlu sədrin müavini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Nuriyeva Şəbnəm Cümşüd qızı katib seçilib.


Paylaş

Aktiv sorğu yoxdur.