Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin diqqətinə
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin diqqətinə
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 24 may – 22 iyun 2023-cü il tarixlərdə həyata keçiriləcəkdir.
İctimai Şuraya üzv olmaq istəyən namizədlərə dair tələblər:
İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, miqrasiya sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.
Hər bir vətəndaş cəmiyyəti institutu, müvafiq qanunvericiliyə uyğun olaraq İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürməlidir.
Vətəndaş cəmiyyəti institutu irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyət vəsiqəsinin surəti;
Namizədin tərcümeyi-halı;
Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
Müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Qeyd: Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumatı əhatə edən digər sənədlər də təqdim edilə bilər.
Yuxarıda qeyd edilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina ediləcəkdir.
İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcəkdir.
Şura üzvlüyünə seçkilərin təşkili və İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyənləşdirilmişdir.
Namizədlər tələb olunan sənədləri 2023-cü ilin 24 may - 22 iyun tarixləri arasında rəsmi iş günləri saat 10:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığı) şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə təqdim etməlidirlər.
Əlavə məlumat əldə etmək üçün (012) 565 61 19 (daxili 484 ) nömrəli telefonla əlaqə saxlanıla bilər.