Son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılmaqdadır.  Bu prosesdə vətəndaş cəmiyyət təşkilatlarının rolu artırmaq üçün mərkəzi və yerli icra  hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planının 5.5. maddəsində “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.

 

 

Aktiv sorğu yoxdur.