Energetika Nazirliyi yanında İctimai şuraya seçkilər keçiriləcək
Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilmə vaxtı 18 mart 2021-ci il tarixdə saat 11:00-dan 15:00-dək müəyyən olunub.
QHT.az xəbər verir ki, Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi ilə bağlı birgə yığıncaqda iştirak üçün 52 vətəndaş cəmiyyəti institutu müraciət edib.
Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri həmin tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evi inzibati binasının 5-ci qapısına yaxınlaşa bilərlər.
Seçicilərdən mövcud karantin tələblərinə ciddi riayət etmələri xahiş olunur.
Qeyd edək ki, İctimai şurada 7 yer uğrunda 10 QHT nümayəndəsi mübarizə aparacaq.
İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslərin siyahısı
- Abdullayeva Mehriban Əli qızı - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi.
- Axundova Gülşən Feyzulla qızı – “Qadın İnkişaf Gələcək” İctimai Birliyi.
- Cavadlı Mədaxil Məxaric oğlu – “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi.
- Əliyev Fərhad Fəqan oğlu – “Beynəlxalq Ekoenergetika Akademiyası” İctimai Birliyi.
- Həsənov Sadiq Hüseyn oğlu – “Sağlam Həyata Doğru” İctimai Birliyi.
- İsmayılbəyli Şahin Azad oğlu – “SOCAR-Media” İctimai Birliyi.
- Mehdiyeva Aybəniz İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi.
- Nurməmmədov Qurban Rəcəb oğlu – “Energetika və Ekologiya” maarifçilik İctimai Birliyi.
- Poladova Aytən Əlisahib qızı – “Ekoloji Tarazlıq” İctimai Birliyi.
- Tahirov Camal Fərrux oğlu – “Azad İstehlakçılar” İctimai Birliyi.