Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin vaxti müəyyən olunub
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılan İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün keçiriləcək seçkilərə namizədlərin qeydiyyatı başa çatıb. İctimai şuraya seçkilər 31 yanvar 2025-ci il tarixində saat 11:00-da Komitənin (ünvan: Əhməd Cavad, 16 küçəsi) iclas zalında birgə yığıncaq şəklində keçiriləcəkdir.
İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınıb:
- Alışarlı Səfər Xəlil oğlu – Vətəndaş Tribunası İctimai Birliyinin sədri;
- Axundova Nigar Vəli qızı – Əhməd bəy Ağaoglu Milli araşdırmalar mərkəzi İctimai Birliyinin sədri;
- Bəhramov Cəbi Əmirvar oğlu – AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru;
- Bünyadzadə Könül Yusif qızı – AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, Fəlsəfə və Hüquq İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor;
- Əhmədov Tural Qara oğlu – İlahiyyatçı;
- Hüseynov Rizvan Nəcəf oğlu – Elmi tədqiqat “Qafqaz tarixi mərkəzi” İctimai Birliyinin sədri;
- Mehdiyev Rəşad Azad oğlu – Gilavar Foto Klubu İctimai Birliyinin sədri;
- Məmmədov Fuad Teyyub oğlu – “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru;
- Məmmədzadə İlham Ramiz oğlu – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor;
- Məmmədova Səadət Həsən qızı – Əməkdar jurnalist;
- Mirzəyev Ayaz Nizami oğlu – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri;
- Muradov İlkin Firdovsi oğlu – Regional İnkişaf İctimai Birliyinin baş mütəxəssisi;
- Mustafayev Elnur Kərim oğlu – AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri;
- Zeynalova Məsmə İbad qızı – Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin üzvü.
- Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından 30 yanvar tarixinədək öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələrini ehtiva edən məlumatları, həmçinin şəxsiyyət və üzvlük vəsiqələrinin surətini) [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur.