İctimai Şuraların fəaliyyətinin gücləndirilməsi üçün hansı addımlar atılmalıdır? Professordan AÇIQLAMA

İctimai Şuraların fəaliyyətinin daha effektiv olması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlama verib.

Professorun sözlərinə görə, ictimai şuraların səlahiyyətləri daha konkret şəkildə müəyyən edilməli, eyni zamanda müvafiq institusional və maddi-texniki baza yaradılmalıdır. O, vurğulayıb ki, qanunvericilikdə bu istiqamətdə konkret müddəalar yer almalıdır:

"İctimai Şurada fəaliyyət göstərən şəxslərin cəmiyyət üçün verdiyi effekt nəzərə alınaraq, onların əsas əmək fəaliyyətində müvafiq güzəştlər tətbiq olunmalıdır. Əgər bu şəxslər başqa sahələrdə işləyirlərsə, onların ictimai fəaliyyətlə məşğul ola bilməsi üçün əlavə vaxt imkanları yaradılmalıdır."

Mütəxəssisin fikrincə, bu kimi dəstəkləyici tədbirlər İctimai Şuraların fəaliyyətini gücləndirəcək və onların cəmiyyətə faydasını artıracaq.

 

Pərvanə Fərhadqızı


Paylaş

Aktiv sorğu yoxdur.