İctimai Şura üzvləri RİNN-in tabeli qurumlarının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri ilə görüşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə nazirliyin tabeli qurumlarının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri arasında görüş keçirilib.

Görüşdə RİNN-in Aparat rəhbərinin müavini Asif İsmayılov və nazirin müşaviri Rəşad Bayramov çıxış edərək nəqliyyat və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında danışıblar.

İctimai Şuranın sədri Siruz Abasbəyli ictimai iştirakçılıq və ictimai nəzarətin vacibliyinə dair fikirlərini bölüşüb.

Görüş çərçivəsində İctimai Şura üzvləri ilə nazirliyin tabeli qurumlarının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri arasında qurumlar tərəfindən görülən işlərin ictimaiyyətə çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.