PA -nın sektor müdiri DQİDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb - FOTOLAR

2025-ci il fevralın 17-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, həmin sektorun baş məsləhətçisi Ələkbər Quliyev, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Multikulturalizm və dini məsələlər sektorunun baş məsləhətçisi Əliheydər Zülfüqarov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Komitənin sədr müavini Gündüz İsmayılov və digər məsul şəxslər də iştirak edib.

QHT.az xəbər verir ki, PA nümayəndələri yeni seçilməsi münasibətilə İctimai Şuranın üzvlərini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıblar. Müzakirələrdə milli-mənəvi dəyərlərin qorunmasında, xurafat, cəhalətlə mübarizədə, radikal dini cərəyanlara qarşı ictimai sayıqlılığın artırılmasında, ictimai nəzarətin təşkilində QHT-lərin mühüm rola və potensiala malik olması qeyd edilib. Görüşdə Şura üzvlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb, qaldırılmış məsələlərə dair müvafiq qeydlər götürülüb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.