ANAMA yanında İctimai Şuranın üzvlərinə Agentliyin 25 illiyi yubiley medalı təqdim olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə 2024-cü ilin yekunlarına dair müzakirələr və cari ildə həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində icra edilən fəaliyyətin genişləndirilməsi, ölkəmizin üzləşdiyi mina problemi ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətinə toxunulub.

Görüş zamanı ANAMA yanında İctimai Şuranın üzvlərinə “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı təqdim olunub.

Fotolar

Paylaş

Bir şəxsin eyni anda neçə ictimai şurada təmsil olunmasını doğru hesab edirsiniz?