Fazil Mustafa “İctimai dinləmə”də çıxış etdi - VİDEO
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib.
Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa çıxış edərək müasir dövrdə cəmiyyətin mədəniyyətə münasibətinin böyük əhəmiyyət kəsb etdiyini deyib.
Bildirib ki, mədəniyyətin cəmiyyətdə dəyər qazanmasında insanların yanaşmasının mühüm təsiri var: “Bədii-estetik zövqü formalaşdıran insanların sayı azaldıqca cəmiyyətdə intellektual səviyyə də aşağı düşür. Sonradan bu səviyyəni bərpa etmək uzun zaman alır və çətin olur.
Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bizə yeni ideyalar lazımdır. Bu ideyalar təkcə iqtisadi-siyasi sahədə deyil, həmçinin mədəniyyət və təhsildə də özünü büruzə verməlidir. İnsanların sosiallaşması üçün mədəni səviyyəni yüksək səviyyədə saxlamaq lazımdır. Xüsusilə, regionlarda bu sahəyə diqqət yetirilməlidir”.
Komitə sədrinin çıxışını təqdim edirik.