İctimai Şura üzvü 2021-ci ildəki fəaliyyəti haqqında məlumatı açıqladı
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Davud Rəhimli şüra üzvü kimi 2021-ci il üzrə görülən işlər barədə məlumatı ictimaishura.az saytına təqdim edib:
- Qanunvericilik və hüquqi – normatv sənədlər üzrə monitorinq aparılmışdır.
- Mədəniyyət Nazirliyin tabeliyində olan iki idarədə, Masallı Heydər Əliyev Mərkəzində və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mərkəzləşdirilmiş Baş Kitabxananın girişində monitorinqlər aparılmıdır.
Aparilan monitorinqlər əsasında bu müəssisələrin əlilliyi olan və hərəkət məhdudiyyətli olan şəxslər istifadəsi üçün müyəssərliyi üçün ehtiyaclar öyrənilmişdir. Adı çəkilən obyektlərin girişlərində 3 ədəd ramp quraşdırılmışdır. Binaların daxili strukturunun müyəssərliyi üçün təkliflər hazırlanmışdır.