Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - SİYAHI
İctimai iştirakçılıq haqqında "Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunu"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 16 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilmişdir:
- Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi
- Qədirov Şahin Kərim oğlu - “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyi
- Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
- Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi
- Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”
- Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu
- Yolçuyev Əkbər Mehdi oğlu - Dünya gənc türk yazarlar birliyi
- Zeyni Rauf Xurşud oğlu - “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Xatırladırıq ki, 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilmişdir.
Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilmişdir.