Mədəniyyət Nazirliyi yanında İctimai Şura

27 namizəd 9 yer uğrunda mübarizə aparacaq - Mədəniyyət Nazirliyi yanında İctimai Şurada

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya seçkilərin 17 iyul 2023-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeyd edirik ki, İctimai Şurada təmsil olunmaq istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin və müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik şəxslərin qeydiyyatı 30 may 2023-cü il – 25 iyun 2023-cü il tarixinədək davam edib.

Təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb.

Hörmətli seçicilər, səsverməyə gələn zaman şəxsiyyət vəsiqənizi (yaxud şəxsiyyətinizi təsdiq edən digər sənəd) özünüzlə götürməyiniz xahiş olunur.

Namizədlərin siyahısı

 

Mədəniyyət Nazirliyi yanında İctimai şuraya namizədlərin sıyahısı
1 Abdullayevaya İlahə Qismət qızı «Mədəni Əlaqələrin İnkişafına Dəstək» ictimai birliyi
2 Ağadadaşov Əli Cavanşir oğlu Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi
3 Ağaoğlu Mirmehdi  Mirkazım oğlu  Jurnalist, yazıçı və publisist
4 Alıyeva Güllü Eldar qızı “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyi
5 Allahyar Nihad Vüqar oğlu “DAVAM” Gənclər Hərəkatı ictimai birliyi
6 Bəbirova Ülviyyə Firudin qızı "Mədəniyyət Könüllüləri" ictimai birliyi
7 Cəfərov Nizami Qulu oğlu  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor, əməkdar elm xadimi , AMEA-nın həqiqi üzvü , Azərbaycan Yazıçılar Birliyinin üzvü
8 Əbiyev Aydın Əhməd oğlu Yeni Yazarlar və Sənətçilər ictimai birliyi
9 Əhmədov Xanoğlan Əlüseyn oğlu "Media və Mülki Cəmiyyət" ictimai birliyi
10 Əliyev Əmir İbrahim oğlu  BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, Hüquq elmləri doktoru, professor
11 Əliyeva İlahə Əhməd qızı “Ziyalı Ocağı” ictimai birliyi
12 Əmiraslanov Tahir İdris oğlu  Azərbaycan Milli Kulinariya Assosiasiyası
13 Əzizova Aygun Oktay qızı "Abşeron Gənclərin İnkişafı" ictimai birliyi
14 Hüseynova Məhsəti Əli qızı “Gənclərin Töhfəsi” ictimai birliyi 
15 İsbəndiyarova Cəmilə Köçəri qızı “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım ictimai birliyi
16 Mehdiyev Aydın İmran oğlu  AZƏRBAYCAN FOTOQRAFLARI BİRLİYİ
17 Mehdiyev Rəşad Azad oğlu "Gilavar Foto Klubu" ictimai birliyi
18 Məmmədov Dadaş Nazim oğlu "Səyahət" turizmin inkişafına kömək ictimai birliyi
19 Məmmədova Büllur Cavad qızı "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" ictimai birliyi
20 Mustafayeva Samirə Vəli qızı   “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi
21 Nağıyeva Şəhla Bədir qızı   “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyi
22 Nəzərova Adilə Həsən qızı "Kitab evi" ictimai birliyi
23 Qədirov Vüqar Kərim oğlu "Aydınlar Ocağı Humanitar" ictimai birliyi
24 Salayev Ayaz Ramiz oğlu Əməkdar incəsənət xadimi
25 Verdiyeva Bəyimxanım İsfəndiyar  qızı "Xan Şuşiniski" Fondu
26 Yolçuyev Əkbər Mehdi oğlu  Nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin  və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
27 Zeyni Rauf Xurşud oğlu Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi

Paylaş