Mədəniyyət Nazirliyi yanında İctimai Şura

İctimai Şura Nazirliyin müvafiq qurumları ilə görüşləri davam etdirir

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Mədəniyyət Nazirliyinin İncəsənət, Elm, Təhsil və Gənclərlə iş sektorunun rəhbərliyi ilə görüşü 14.10.2021-ci il tarixdə M. F. Axundov Adına Milli Kitabxanada baş tutdu.

Tədbiri Mədəniyyət Nazirliyinin eksperti Günel xanım açıq elan edərək, öncə Ümummilli Liderimiz Heydər Əliyevin və cəmi şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi görüş iştirakçılarından xahiş etdi.

 

Sonra o, sözü Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın sədri Gəray Əbilova verdi. Gəray müəllim çıxışında qarşıya qoyulan məqsəd və vəzifələrdən geniş söhbət açdı.Əlavə olaraq xeyli vaxtdır şura üzvlərinin seçilməsinə baxmayaraq, hələ də bəzi texniki məsələlərin həllini tapmamasından təəssüf və məyusluğunu bildirdi.Sonra şura üzvü Rauf Zeyni söz alaraq, tez-tez Zum proqramı üzərindən konfrans və diskusiyaların təşkilinin vacibliyini vurğuladı.

Xan Şuşinski Fondunun Prezidenti Bəyimxanım Cavanşirova rəhbərlik etdiyi fondun mədəniyyətimizin inkişafı istiqamətində gördüyü işlərdən, keçirdiyi tədbirlərdən ətraflı vəlumat verərək bundan sonra da bu istiqamətdə azad olunmuş torpaqlarımızda görüləcək yeni tədbirlər planının hazırlandığını məruzə etdi. Qeyri Maddi Mədəni İrs Sektorunun müdiri Nuriyə Məmmədova mədəniyyət strategiyasının hazırlanması istiqamətində görülən işlərdən danışaraq İctimai Şura tərəfindən gələn təkliflərin nəzərə alınacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Elm, Təhsil və Gənclərlə iş Şöbəsinin müdiri Lalə Kərimova rəhbərlik etdiyi sahə haqqında geniş məlumat verdi. Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın sədr müavini Şahin Qədirovun Mədəniyyət Nazirliyinin səlahiyyətli şəxslərilə İctimai Şura üzvlərinin və Televiziya rəbərlərilərinin dəyirmi masa keçirmək təklifi hamı tərəfindən qəbul edildi. Tədbirdə şura üzvü Samirə xanımın, İncəsənət Şöbəsinin rəhbəri Fərəh xanımın, Teatr Şöbəsinin müdiri Könül xanımın, Musiqi Şöbəsinin müdiri Vüqar müəllimin maraqlı təklif və çıxışları oldu.


Paylaş