Mədəniyyət Nazirliyi yanında İctimai Şura

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 1 namizəd İctimai Şuranın üzvü seçilmişdir:

  • Əlibəyov Gəray Ayaz oğlu - "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi

İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 8 yer üçün 16 iyul 2021-ci il tarixdə saat 10:00-dan 14:00-dək Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir:

Namizədlərin siyahısı

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulmuşdur.

Seçicilərin siyahısı

Fotolar

Paylaş