Mədəniyyət Nazirliyi yanında İctimai Şura

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya 51 namizəd 9 yer uğrunda mübarizə aparacaq -  SİYAHI

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası baş tutub. Seçki Komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb:

 

Məlumat üçün bildiririk ki, nazirlik yanında İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (02.07.2021 saat 18:00-dək)  davam edəcək.  

Seçicilərə dair tələblərlər:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydası

 

 

1. Seçicilər

 

Seçicilərə dair tələblər

- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;

- Seçki Komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

 

 

Seçicilərin qeydiyyatı

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;

4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

 

 

2. Sənədlərin qəbulu və baxılması

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün elektron formada sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəvanə Abdullayeva ilə əlaqə saxlamaq olar. Tel: (012) 498 79 53; (012) 498 20 62.

Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 2 iyul 2021-ci il saat 18:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeydiyyat barədə müraciət nümunəsi:

                                                                      Azərbaycan Respublikasının Mədəniyyət

Nazirliyi yanında İctimai Şuraya

seçkilər üzrə Seçki Komissiyasına

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək üçün _______________________________________ İctimai Birliyi tərəfindən                       (təşkilatın tam adı)

_________________ namizədliyi irəli sürülür.

(şəxsin tam adı)

 

Əliyev Əli Əli oğlunun (ad şərtidir) şəxsiyyət vəsiqəsinin, vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti və təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti əlavə olunur.

 

Əlavə  ___ vərəq

 

Hörmətlə,

------------------------------

        İmza:

        Tarix:

 

 

Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi ötən ilin 21 sentyabr-20 oktyabr tarixlərində həyata keçirilib. Belə ki, 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin 22 aprel-26 may tarixlərində yenidən sənəd qəbulu elan olunub. Qeyd edək ki, əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.

 

Namizədlərin siyahısı

  1. Məmmədov Fuad Teyyubb oğlu – "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti

  2. Paşayev İlqar Əli Abas oğlu  – şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi

  3. İsmayılov Faiq İslam oğlu – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

  4. Vəliyev Seymur Namazəli oğlu – Teatr Xadimləri, Kinematoqrafçılar, Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü

  5. Əliyev Elçin Tofiq oğlu – Azərbaycan Memarlar İttifaqı, Sədr müavini

  6. Gülməmmədli Rafail Rasim oğlu – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin Baş Direktoru

  7. Yolçuyev Əkbər Mehdi oğlu – Dünya gənc türk yazarlar birliyinin Məsləhət Şurasının başqanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti

  8. Zeyni Rauf Xurşud oğlu – Azərbaycan Milli Qeyri–Hökumət Təşkilatları Forumunun prezidenti

  9. Bağırov Saleh Eldar oğlu – İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyinin sədri

  10. Qafarov Vidadi Ramiz oğlu – AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri  

  11. Mir–Qasım Oktay Mir–Əsədulla oğlu – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi

  12. Verdiyeva Bəyimxanov İsfəndiyar qızı – Xan Şuşinski Fondunun prezidenti

  13. Məmmədov Nəriman Kamileviç – Nərimanfilm MMC–nin baş direktoru

  14. Qəribov Tələt Yusif oğlu – Sağlam Yaşa Gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədr müavini

  15. Əli–zadə Tofiq Məhərrəm oğlu – Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri

  16. Xəlilov Aslan Əkbər oğlu – “Sənətşunaslığın Təbliği” İctimai Birliyinin sədr müavini

  17. Zeynalov Aydın İsa oğlu – “Milli Dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri

  18. Əbilov Aydın Əhməd oğlu – “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri

  19. Rəhimli Davud Səid oğlu – “Əlil Təşkilatları İttifaqı”nın prezidenti

  20. Çobanzadə Elçin Əlişah oğlu – “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri

  21.  Talışinski Elvin Bəhruz oğlu – “Elin səsi” Milli–Mənəvi Dəyərlərimizin Qoruması İctimai Birliyinin sədri

  22.  Hacıyeva Fatimə Siyavuş qızı – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin üzvü

  23. Əlibəyov Gəray Ayaz oğlu – “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri

  24. Tağıyev Hasil Feyruz oğlu – “Qayıdış” İctimai Birliyinin sədri

  25. İbrahimov Hüseyn Qasım oğlu – “Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyinin sədri

  26. Məmmədova Xəyalə Akif qızı – “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri      

  27. Hüseynov Müzəffər Maqsud oğlu – “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin sədr müavini

  28.  Qədirov Şahin Kərim oğlu – “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri

  29. Mustafayeva Samirə Vəli qızı – “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri

  30. Muxtarova Könül Muxtar qızı – “Milli Dəyərlərin Qorunması İctimai” Birliyinin sədri

  31. Cəfərova Səriyyə Müslüm qızı – “Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri

  32. Xudiyev Tahir Bərxudar oğlu – “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri

  33. Qədirov Vuqar Kərim oğlu –  “Aydınlar ocağı” humanitar İctimai Birliyinin sədri

  34. Səfərova Zəminə Yediyar qızı – Beynəlxalq Avroasiya Mətbuat Fondunun üzvü

  35. Mansurova Zərəngiz Dəmirçi qızı – Jurnalist Qadınlar Assosiasiyası İctimai Birliyinin üzvü

  36. Abdulov Fərhad Oktay oğlu – Uşaq və yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri

  37. İsgəndərova Aygün Oqtay qızı – Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin icraçı direktoru

  38. Mehtiyeva Rahilə İbrahim qızı– Sosial iqtisadi Ekoloji inkişaf İctimai Birliyinin sədri

  39. Məmmədov Əliheydər Adil oğlu– Heyvanların Mühafizəsi İctimai Birliyinin üzvü

  40. Əhmədova Afaq Firudin qızı – “Horizont” MMC–nin rəhbəri

  41. Muradova Əntiqə Mustafa qızı – “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İctimai Birliyinin sədri

  42. Şahsuvarova Aygün Qulam qızı – “Vəfa” sosial problemlərin həllinə dəstək” İctimai Birliyinin üzvü

  43. Hüseynova Ayşən Fəxrəddin qızı – “Soyqırım Həqiqətlərinin tanıdılması” İctimai Birliyinin sədr müavini

  44. Nəsibova Bəsti Mahmud qızı – “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri

  45.  Abdulova Cəmilə Çingiz qızı Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri

  46. Əsgərov Fuad Fuzuli oğlu – “Qan Donurları Assosiasiyası” İctimai Birliyinin sədri

  47. Muradlı Kəmalə Ağalar qızı – “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri

  48. Muradlı Musa Heydər oğlu – “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri

  49. ƏIiyev Şəmsəddin Mənsur oğlu – “Polisə Dəstək” İctimai Birliyinin sədri

  50. Quliyev Vidadi Mehdixan oğlu – “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyinin sədri

  51. Yusubova Qəmzə Xanlar qızı – Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri

  •  

 


Paylaş