Aktiv qadın və kişilərin təmsil olunacağı “Bərabərlik” platforması yaradıldı

Aktiv qadın və kişilərin təmsil olunacağı  "Bərabərlik” platforması Azərbaycan Respublikası  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” layihəsi çərçivəsində "İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən layihənin nəticəsi olaraq təsis olunub.

Layihə çərçivəsində aparılan tədqiqatın nəticələrini təqdim edən  araşdırma qrupunun rəhbəri, "İslahatçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bir neçə məqsədini özündə əks etdirən " Qadın gündəliyi”nin tətbiqi və hədəflərinin araşdırılması, Azərbaycanda "qadın gündəliyi və " gender gündəliyi” arasındakı fərq və bunlarla bağlı ölkədə maarifləndirmənin aparılması, statusundan asılı olmayaraq  hər kəs üçün bu terminin anlaşılması və prinsiplərinin hazırlanması  məqsədilə QHT-lər və ictimai fəal qadınlar arasında sorğu keçirilib.

Vüsalə Hüseynli qeyd edib ki, layihə çərçivəsində qht-ləri və qadınları üçün keçirilən I fokus qrup  və region təömsilçiləri üçün keçirilən II fokus qrup müzakirəsi qadın iştirakçılığı ilə bağlı maneələr araşdırılaraq və təkliflərin müzakirəsini təşkil edilib. 


Online formatda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, müstəqil ekspert Zaur İbrahimli, QHT rəhbərləri Mehriban Zeynalova,  Məleykə Əlizadə,Ziba Nəbiyeva, Səbinə Kərimova, Bəxti Nəbiyeva, Şəki Balans İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Möhbalı Nağıyev , Beləsuvar rayon Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova, Gəncə şəhər Maarifləndirmə Nizami Bələdiyyəsinin sədr müavini Leyla Məmmədova, Göygöl rayon Regional gender mərkəzinin rəhbəri  Şərqiyyə Dadaşova, Elmira İsmayılova, Mehriban Abdullayeva və digər qht rəhbərləri, ictimai aktiv xanımlar  çıxış edərək hazırlanan araşdırma – hesabatın müvafiq dövlət qurumları və bu sahədə fəaliyyət göstərən QHT-lər üçün vacib mənbə və fəaliyyət istiqamətləri ola biləcəyini diqqətə çatdırıblar.
Çıxışlar və müzakirələrdə BMT-nin Baş Assambleyası tətəfindən 2016-cı ildə qəbul edilmiş "Qadın gündəliyi -2030” bəyəmnaməsindən irəli gələn bir sıra məqsədlər yerli vəziyyətlə müqayisə olunaraq, təkliflər irəli sürülüb. Eyni zamanda  Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin (SEDAW) Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb. 

Müzakirələr zamanı bildirilib ki, tədbiqatda gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı  ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən stereotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də yer alıb. 

İctimai müzakirədə səsləndirilən fikirlər nəzərə hazırlanmış tədqiqatın tövsiyələrlə birgə hazırlanaraq hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunacağı qeyd edilib.
Tədbirin sonunda  ölkədə aktiv, cəmiyyətə faydalı olan qadın və kişilərin birgə fəaliyyəti üçün " Bərabərlik Platforması” təsis olunub. Platformanın əsas məqsədi  ətrafına, icmasına faydalı olan insanların təbliğatının aparılaraq, cəmiyyətə təqdim edilməsidi.  


Paylaş