Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılır - ELAN

  Beyləqan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlüyünə namizəd irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 18.07.2022-ci il tarixdən 18.08.2022-ci il tarixədək Beyləqan Rayon İcra Hakimiyyətində yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.

            Müraciətə namizədlə əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti; 
Namizədin tərcümeyi-halı;
Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
Namizədin təhsil və İctimai iştirakçılıqla bağlı təcrübəyə malik olmasını sübut edən sənədləri təqdim etməsi arzuolunandır (diplom, sertifikat).
            Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

            Sənədlər Beyləqan Rayon İcra Hakimiyyətinə elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. 

            Əlaqə telefonları: 22-51-8-53


Paylaş

Aktiv sorğu yoxdur.