Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər 15 iyul 2021-ci il, saat 10:00-dan 14:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında keçiriləcəkdir. Konfrans zalı 1-ci mərtəbədə yerləşir.

Ünvan: Fətəli Xan Xoyski 98 ("Gənclik" metrosunun yaxınlığı)

Səsvermə üçün qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutunun təmsilçisi seçkiyə gələrkən özü ilə mütləq şəxsiyyət vəsiqəsini götürməlidir. Vətəndaş cəmiyyəti institutunun təmsilçisi şəxsiyyət vəsiqəsini seçki komissiyasına təqdim etdikdən sonra səsvermədə iştirak edə bilər.

 

QEYD: Səsvermədə yalnız qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər.

Namizədlərin SİYAHlSl 

Təmsilçilərin SİYAHlSl 

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.