Sədr müavini İctimai şuranın üzvləri ilə görüşdü - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
 

Sədr müavini Sədaqət Qəhrəmanova dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb. O, Komitənin öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. S. Qəhrəmanova Dövlət Komitəsi yanında  İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb.
 

İctimai Şuranın sədri Fariz Əkbərov Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb, gələcəkdə icra olunması planlaşdırılan fəaliyyətlər haqqında məlumat verib. 
 

Daha sonra İctimai şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər.
Görüş müzakirələrlə davam edib.


Paylaş

Aktiv sorğu yoxdur.