"İctimai Şuranın fəaliyyəti ekoloqların və qeyri-ekoloqların sayından asılı idi" - EKS SƏDRDƏN AÇIQLAMA

“Mənim təmsil olunduğum İctimai Şurada ekoloqlar, qeyri-ekoloqlar nə qədər var idi İctimai Şuranın fəaliyyəti ondan asılı idi. Ekoloq olmasa da ən azı vətəndaş cəmiyyəti üçün nə qədər fəda etməyə hazırdır bunu düşünməliyik, bu baxımdan planlarımız çoxdur. COP29 tədbirin də Azərbaycanda məsuliyyəti çoxdur. Tək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanındakı İctimai Şura yox, bir neçə qurumun İctimai Şurasının üzərinə məsuliyyət düşür”.

Bu fikirləri bu gün “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfranınsda "COP29 ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın planları" mövzusunda çıxışı zamanı  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın uzvü (İctimai Şuranın 2021-2023-cü illər üzrə sədri), “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov bildirib.

Onun sözlərinə görə, media, ölkədə bir çox sektorlar var ki paralel şəkildə bunlar COP29 tədbiri üçün bir sınaq rolunu oynayacaq, hesab edirəm ölkə imtahan verəcək: “İmtahandan nə qədər üzüağ çıxa bilsək bu ölkənin gələcəkdə öz izini qoyacaqdır. İctimai Şura olaraq yeni tərkib formalaşıb. Yeni tərkibdə də növbəti 2 ildə də özfəaliyyətimizə davam edəcəyik. Ekoloji və ya qeyri- ekoloji bütün vətəndaş cəmiyyəti institutları fəal olmalıdır və İctimai Şuralar onlarla bir yerdə çiyin-çiyinə COP29 –u yüksək səviyyədə təşkil etmək üçün əlindən gələni edəcək. Xarici dilli ekoloqlar yetişdirmək lazımdır. Bundan əvvəlki səhvlərimizdən nəticə çıxarıb, daha güclü vətəndaş cəmiyyəti qurmağa nail olmalıyıq”.


Paylaş

Aktiv sorğu yoxdur.