İctimai Şuranın üzvləri  İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla görüşüblər - FOTOLAR

Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib
 

28 fevral 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla görüşüblər.     
 

Keçirilən  iclasda şura tərəfindən son dövr ərzində görülən işlər barədə məlumatlar dinlənilib, cari məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə şura üzvlərinə məlumat verilib.
 

Şura sədri Nadir Babayev çıxış edərək dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb.
 

Şura sədri Nadir Babayev, şura üzvlərinə cari fəaliyyət planı üzrə vətəndaşlar, şəhid ailəsi üzvləri və qazilərlə görüşüb, onların müraciətlərini dinləyib və həmin müraciətlərlə bağlı dəstək göstəriləcəyi, müraciətlərin aidiyatı qurumlara yönləndiriləcəyi bildirilib. 
 

Sədr müavini Meyxoş Abdullayev iclas iştirakçılarına əvvəlki iclasda qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışdı və qeyd etdi ki, iclasda qaldırılmış problemlər, verilən təkliflər rəsmi şəkildə icra hakimiyyətinə təqdim ediləcəkdir.
 

Şura üzvü Ədalət Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamasından, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasına və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsindən geniş məlumat verib. 


İclasın sonunda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şuranın fəaliyyətində məhəllə komitələri, şəhər ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji  maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı şura üzvlərinə tövsiyə edib.


Paylaş

Aktiv sorğu yoxdur.