İctimai Şuraya təkrar seçkilər keçiriləcək
26 noyabr saat 11:00-da Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək.
Bildirək ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. 23 noyabr tarixində keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib.
Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.