Sabirabad RİH yanında İctimai şuranın növbəti iclası keçirilib

Sabirabad rayon İcra Hakimiyyəti  yanında İctimai şuranın növbəti iclasında İctimai şuranın sədri Güləndam Səmədova və şuranın digər üzvləri iştirak edib.

İclasda şura tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Həmçinin, rayon ərazisində vətəndaşların müraciəti əsasında məişət tullantılarının yığılması və daşınması işinin yaxşılaşdırılması, eyni zamanda zibil qutularıının alınması ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır.

Sonda iclasda İctimai şura üzvlərinin təklifləri səsləndirilib, şuranın yaxın dövr üçün fəaliyyət planı nəzərdən keçirilib.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.