Gənclər və İdman Nazirliyi yanında İctimai Şura üzvlüyünə 15 yer uğrunda 43 namizəd mübarizə aparacaq
01 iyul 2021-ci il tarixdə Zoom platforması üzərindən keçirilmiş onlayn formatda iclasda İctimai Şuraya seçkilərin keçirilməsi üzrə nazirliyin əmri ilə təsdiq edilmiş aşağıdakı tərkibdə komissiya üzvləri iştirak ediblər.
- İntiqam Babayev – gənclər və idman nazirinin müavini, komissiyanın sədri
- Fərid Mansurov – Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, komissiyanın üzvü
- Fuad Babayev – Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri komissiyanın üzvü
- Rauf Əliyev - Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi - baş hüquşünası, komissiyanın üzvü
- Nurəddin Mehdiyev - “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, komissiyanın üzvü
- Emin Babayev – Azərbaycan Skautlar Assosiasiyanın sədri, komissiyanın üzvü
- Mehman Kərimov – Milli Olimpiya Komitəsinin Marketinq idarəsinin rəisi, komissiyanın üzvü
- Alla Vlasova - Çerlinq Federasiyasının prezidenti, komissiyanın üzvü
- Kamal Məmmədov – Milli Paralimpiya Komitəsinin Baş katibi, komissiyanın üzvü
Nazir müavini İntiqam Babayev iclası giriş sözü ilə açaraq bu günədək nazirliyin yanında yalnız Gənclərlə iş üzrə İctimai Şuranın olduğunu bildirib. O nazirliyin 2 dövlət siyasətini icra etdiyi üçün qanunvericiliyin tələblərinə görə hər 2 sahə təmsil edən vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasının vacibliyini vurğulayıb, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq seçkinin tam şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanların yaradılacağını qeyd edib.
Komissiya üzvləri çıxış edərək İctimai Şuranın nazirliyin fəaliyyətində önəmli yer tutacağını və onun fəaliyyəti üçün bütün texniki imkanların yaradılmasının zəruruliyini qeyd ediblər.
İclasda seçki ilə bağlı görülmüş işlər, namizədlər və təmsilçilər barədə, seçki günü, yer və saatının təyin olunması, seçkinin təşkili ilə bağlı texniki məsələlər (səsvermənin təşkili, qeydiyyat, səsvermə kabinaları, səslərin sayılması və s.) müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
İclasda 47 nəfərin namizədliyinin irəli sürüldüyünün, bunlardan 43-nün qeydiyyata alındığı bildirilib. 3 nəfərin sənədləri tam qaydasında, 1 nəfərin isə müvafiq sahə üzrə təcrübəsini təsdiq edən məlumatlar olmadığndan namzədliyin qeydiyyatı alınmasından imtina edilib.
Seçki 15 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının böyük zalında saat 10:00-dan 14:00-dək keçiriləcək
Qeyd edək ki, İctimai şuranın 15 nəfər tərkibdə formalaşdırılması nəzərdə tutulur.
QEYD: 1994-cü ildən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclər təşkilatlarının iştirakını təmin etmək olub. İndiyədək ictimai şuranın iclaslarında Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin iştirakı, qanunların və dövlət proqramlarının layihələri, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması, gənclərin sosial şəbəkələrdə fəaliyyəti və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şura formalaşdırıldıqdan sonra Gənclərlə iş üzrə İctimai Şuranın fəaliyyətinə xitam veriləcək.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslərin SIYAHISI
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya namizədliyi qeydə alınmış şəxslərin siyahısı
№
|
Ad, soyad, ata adı
|
Namizədliyini irəli sürmüş təşkilatın adı
|
Təvəllüdü
(gün, ay, il)
|
1.
|
Həsənli Mikayıl Raqif oğlu
|
"Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyi
|
08.09.1991
|
2.
|
Azər Əliyev Nurəddin oğlu
|
"Gəncliyin Təşəbbüsü Maarifləndirmə" İctimai Birliyi
|
19.02.1976
|
3.
|
İntiqam Cavanşir Yaşar oğlu
|
Dünya Gənc Türk Yazarlar Birliyi
|
03.10.1990
|
4.
|
Nihad Allahyarlı Vüqar oğlu
|
"Davam" Gənclər Hərəkatı İctimai Birliyi
|
21.02.1992
|
5.
|
Qələndər Aslanov Asdan oğlu
|
"Samuray" İdman Klubu İctimai Birliyi
|
01.10.1975
|
6.
|
Asim Vəliyev Nazimoviç
|
"Gənclərin Töhvəsi" İctimai Birliyi
|
13.07.1982
|
7.
|
Azər Əliyev Ruslan oğlu
|
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
|
11.09.1993
|
8.
|
Arif Məmmədov Aydın oğlu
|
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası
|
16.09.1977
|
9.
|
Ramiz Əliyev Təvəkkül oğlu
|
"Sağlam Düşüncə" Gənclər Təşkilatı
|
20.06.1987
|
10.
|
Azad Mənaflı Əziz oğlu
|
"İsmayıllı İntellektual oyunlar klubu" İctimai Birliyi
|
21.02.1996
|
11.
|
Kamal Əhmədov İzzət oğlu
|
Azərbaycan Atletika Federasiyası
|
06.05.1966
|
12.
|
Zöhrab Gözəlbəyli Katib oğlu
|
Azərbaycan Voleybol Federasiyası
|
22.05.1959
|
13.
|
Elnur Məmmədov Mənəf oğlu
|
“Autizm Assosiasiyası” İctimai Birliyi
|
05.12.1945
|
14.
|
Səbinə Əliyeva Aydın qızı
|
"Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi
|
07.08.1996
|
15.
|
Elvar Osmanov Eldar oğlu
|
Gəncə İdman Klubu İctimai Birliyi
|
08.08.1987
|
16.
|
Səbuhi Mehdizadə Knyaz oğlu
|
Azərbaycan Stolüstü Teniss Federasiyası
|
27.06.1981
|
17.
|
Elçin Mehdizadə Eldar oğlu
|
Azərbaycan Şotokan Karatedo Federasiyası
|
20.09.1960
|
18.
|
Aynur Məmmədova Tofiq qızı
|
"Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyi
|
21.02.1979
|
19.
|
Əziz Əzizov Fatehoviç
|
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi
|
06.11.1980
|
20.
|
Hüseynəli Abbaslı Çərkəz oğlu
|
Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyası
|
20.04.1983
|
21.
|
Cəsarət Əhmədov Mehman oğlu
|
Azərbaycan Qol Güləşi Federasiyası
|
12.02.1978
|
22.
|
Ceyhun Bayramov Sabir oğlu
|
Azərbaycan Könüllü Təşkilatları İttifaqı
|
24.08.1996
|
23.
|
Sənan Məhərrəmov Nizami oğlu
|
Azərbaycan Respublikasının Milli Karate Federasiyası
|
25.07.1974
|
24.
|
Nağı Səfərov Tofiq oğlu
|
Azərbaycan Boks Federasiyası
|
09.01.1976
|
25.
|
Bağırov Saleh Eldar oğlu
|
“İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyi
|
12.06.1994
|
26.
|
Acalov Fərhad Eldar oğlu
|
"Azərbaycan İdmançıları" İctimai Birliyi
|
24.12.1962
|
27.
|
Abbasov Elşən Talıb oğlu
|
Azərbaycan Reqbi Federasiyası
|
29.08.1978
|
28.
|
Alıyev Elnur Tahir oğlu
|
Ağsu Futbol Klubu
|
03.06.1982
|
29.
|
Quliyev Bəxtiyar Tofiq oğlu
|
"Azərbaycan Strongmen Federasiyası" İctimai Birliyi
|
17.12.1975
|
30.
|
Əsgərli Hüseyn Asif oğlu
|
"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi
|
17.09.2001
|
31.
|
Əsgərəlizadə Bağır Salam oğlu
|
Azərbaycan Tennis Federasiyası
|
30.08.1986
|
32.
|
Əzizov Teyub Ağayar oğlu
|
Azərbaycan Kyokuşinkaykan Karate və Ciyutaido Federasiyası
|
09.01.1971
|
33.
|
Hidayətov Coşqun Hikmət oğlu
|
"Böyük Qayıdış" Gənclər Təşkilatı
|
02.11.1994
|
34.
|
Qədirov Vüqar Kərim oğlu
|
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
|
20.09.1974
|
35.
|
Ələsgərova Nigar Elman qızı
|
"Odlar Yurdu" Gənclər İctimai Birliyi
|
23.09.1986
|
36.
|
Qurbanov Kazım Xanlar oğlu
|
Azərbaycan Milli İdman Oyunları Assosiasiyası
|
12.08.1988
|
37.
|
Seyidzadə Miraqil Miramin oğlu
|
"Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi
|
04.08.1984
|
38.
|
Mirələmli Pərviz Atamalı oğlu
|
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
|
05.08.1995
|
39.
|
Elmar Babanlı Tofiq oğlu
|
Azərbaycan Cüdo Federasiyası
|
28.09.1982
|
40.
|
Rafael Hacıbəyli Syavuş oğlu
|
"Avropa Gənclər Parlamenti - Azərbaycan" İctimai Birliyi
|
07.08.1997
|
41.
|
Həsənağa Rzayev Nazim oğlu
|
Milli Olimpiya Komitəsi
|
05.08.1977
|
42.
|
Şahin Rəhmanlı Elman oğlu
|
"İRƏLİ" İctimai Birliyi
|
16.09.1991
|
43.
|
Nuranə Şıxəliyeva Xanoğlan qızı
|
Azərbaycan Alpaqut Federasiyası
|
13.11.1983
|