PA rəsmisi İctimai Şuranın üzvləri ilə görüşüb - FOTOLAR

İyunun 14-də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. 
 

Görüşdə QHT-lərin sağlam əsaslar üzərində inkişafı üçün bu sektorda dərinləşdirilən islahatlar, qarşıda duran vəzifələr, QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb. 
 

PA nümayəndəsi ictimai nəzarətin həyata keçirilməsində bu günlərdə tərkibi yenilənmiş şura üzvlərinə uğurlar arzulayıb.

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də iştirak ediblər. 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.