Yeni formalaşan Abşeron RİH yanında İctimai Şuranın ilk iclası keçirilib
05 Oktyabr 2024-cü il tarixində keçirilən seçkilər nəticəsində yenidən formalaşan Abşeron RİH yanında İctimai Şuranın ilk iclası keçirilib.
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilər keçirilmiş və səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən 8 nəfər namizəd içərisindən aşağıdakı 7-i gizli səsvermə yolu ilə seçilmişdir.
- İsmayılova Xatirə Yolçu qızı - "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin üzvü
- Nuriyeva Zülfiyyə Səfər qızı - "Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri
- Qasımov Qubad İmamqulu oğlu - “İstedadlı Əlillər " İctimai Birliyinin sədri
- İsgəndərov Eyşan Məhəmməd oğlu - “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri
- Zeynalov Zamin Maarif oğlu - “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin rəhbəri
- Səfərova Aidə Nəsib qızı - “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyinin sədri
- Əliyev Elşən Musaxan oğlu - “Azərbaycan Respublikası Əfqənıstan Veteranları” İctimai Birliyinin Abşeron rayon təşkilatının sədri
24 oktyabr 2024-cü ildə baş tutan ilk iclasda isə gündəlikdə duran məsələlərə baxılıb. Belə ki, 5 oktyabr tarixində reallaşan seçkilərdə yeni üzv olmuş namizədlər səsvermə yolu ilə İctimai Şuranın sədri, sədr müavini, katibini yekdilliklə səs verərək seçiblər. İştirakçılar yekdil səslə Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılovaya yenidən etimad göstərərək sədr seçiblər. Zamin Zeynal Şuranın sədr müavini, Aidə Səfərova isə katib seçilib.