İctimai şura üzvüləri Sumqayit məktəbində “Zərərli vərdişlər sağlamlığa qəsddir” mövzusunda maarifləndirici görüş təşkil etdilər
İctimaishura.az xəbər verir ki , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə müəllim kollektivi və şagirdlərlə “Zərərli vərdişlər sağlamlığa qəsddir” mövzusunda maarifləndirici görüş təşkil etdilər. Görüşün məqsədi zərərli vərdişlərin fəsadları barədə məktəblilləri məlumatlandırmaq,onlara zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı təbliğat aparmaq və belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, peşəyə marağlarını artırmaqdan ibarətdir.
Şura üzvüləri Büllür Məmmədova, Aynur Zülfüqarova, Səbinə Kərimova, Elnarə Məhərrəmova və İrada Polad məktəblilərlə geniş söhbətlər apardılar. Onlara zərərli vərdişlər və bu vərdişlərdən yaranan problemlərdən, sağlamlıqa vurduğu ziyandan geniş danışdılar.
İctimai şura üzvüləri çıxış edərək narkotik istifadəsinin və asılılığının səbəbləri, addiksiyanın əsas sindromları (psixi və fiziki asılılıq sindromu), risk faktorları və qoruyucu faktorlar, narkotik asılılığının aradan qaldırılması, narkotikin əlilliyə aparması,vərəm xəstəliyi, insan alveri kimi mövzulara toxundular.
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktor və müəllim kollektivi ilə görüşən ictimai şura üzvüləri təhsilalanlar arasında zərərli vərdişlərə meyilli olan, həmçinin risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılmasından və valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici görüşlərin mütamadi keçirilməsini qeyd etdilər. Sonda direktor müavini Hüseynova Ruhiyyə, təşkilatçı Jalə Həsənova, Sevinc Quliyeva, məktəb psixoloqu Sabrina Babayeva ,sosiol- pedaqoq Elnura Baratova və UBTR Nuranə Tahirli məktəblilər üçün mütamadi zərərli vərdişlər, insan alveri, erkən nigah və digər sahələr üzrə maarifləndirici tədbirlər təşkil edildiyini bildirdilər.Məktəb psixoloqunun məktəblilərlə anonimliyinin qorunması üzrə söhbətlərin aparılması və onların düzgün istiqamətləndiriməsinə yardımçı olduğunu bildirdilər. Sonda görüşün nəticələri ilə bağlı məktəbin direktoru Leyla Əliyeva ilə müzakirə olundu.