İctimai Şuranın üzvləri 35 saylı Ağdam tam orta məktəbinin kollektivi ile görüşdülər

İctimaishura.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Ictimai Şuranın üzvləri 35 saylı Ağdam tam orta məktəbinin kollektivi ile görüşdülər. Görüşdə, Ictimai Şuranın Sədri Fariz Əkbərov,Ictimai Şuranın Sədr muavini Aynur Zülfüqarova,Ictimai Şuranın məsul katibi Səbinə Kərimova,Ictimai şuranın üzvü Arzu Əliyeva iştirak etdilər.

Məktəbin direktoru Iradə Ibrahimova və müəllim heyəti,şura üzvlərini gulərüzlə qarsıladılar. İradə İbrahimova cıxış edərək,sagirdlərin həm olkəmizdə həm də olkəmizdən kənarda olan nailyyətlərindən söz açdı.Belə ki, 35 nomrəli tam orta məktəbin 6-ci sinif sagirdi,Şikarov Yusif Ramil oglu yüksək balla fən olimpiyadasında yarm final mərhələsində ,qalib gələrək,finala cıxmışdır.Bundan əlavə məktəbin 10 -cu sinif şagirdi Əlizadə Toğrul Rahim oğlu ABŞ Nyu York Şəhərində Beynəlxalq debat konfransında ingilis dilində cixiş edib.Konfransın sonunda şagirdimiz Beynəlxalq konfrans tərəfindən sertifkatla mükafatlandırılıb.Məktəbin 10 -cu sinif şagirdi Ağa Mirzəyev Beynelxalq ingilish dili olimpiyadasinda iştirak ederek,Londonda keçirilecek final mərhələyə gümüş medal ,9-cu sinif şagirdi Zeləhra Salayeva isə həmin mərhələyə iştirak vəsiqəsi qazanıb,sertifkata laiq görülübler.Məktəbin 7- ci sinif sagirdi, Göyçəy Mancalli Respublika fənn müsabiqesinde informatika fənni üzrə 3- cü yere laiq gorulmusdur.Məktəbin ugurlari saysiz-hesabsizdir. Tədbirdə şura üzvləri məktəbin müəllimlerinin onlara ünvanlandirdığı suallara ətraflı cavab verdilər və şura olarag hər zaman onların yaninda olduqlarini bildirdilər.Ictimai Şura adından 35 sayli məktəbin kollektivini bir daha təbrik edir, və gələcək təhsil həyatlarında onlara yeni nailyyətlər arzulayırıq.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.