DMX yanında İctimai Şuranın növbəti görüşü keçirilib - FOTOLAR
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın növbəti rüblük görüşü keçirilib. Görüşdə son 6 ay ərzində Şura tərəfindən həyata keçirilən fəaliyyətlər geniş müzakirə olunub, əldə olunan nəticələr və qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin Şuranın fəaliyyətinin 2 illik dövrünü əhatə edən yekun hesabat xarakterli təqdimatın hazırlanması və təqdim olunma formatı ilə bağlı ilkin fikir və təkliflər səsləndirilib.