Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair ELAN
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair
E L A N
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizəd irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 02.06.2025-ci il tarixdən 02.07.2025-ci il tarixədək (iş günləri saat 10:00-dan 18:00-dək) Nazirlikdə yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.
Müraciətə namizədlərin əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
2. Namizədin tərcümeyi-halı;
3. Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiqləyən sənədin surəti;
4. Namizədin humanitar, xüsusən hüquq sahəsi üzrə təhsilə və təcrübəyə malik olmasını sübut edən sənədin surəti (diplom, əmək kitabçası).
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Sənədlər Nazirliyin Katibliyinə elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır.
Əlaqə telefonları: (+99412) 590-92-28, 590-91-03
Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili və keçirilməsi üzrə seçki komissiyası
Komissiyanın sədri:
İsmət Əliyev - Nazir müavini;
Komissiyanın üzvləri:
Elçin Məmmədli - Şəxsi Heyətlə İş İdarəsinin rəisi,
Rahib Əliyev - Katibliyin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi;
Nurlan Əliyev – Mətbuat Xidmətinin Multimedia bölməsinin rəisi;
Səməd Vəkilov - “Müvəkkil Hüquq Mərkəzi” ictimai birliyinin nümayəndəsi;
Anar Xəlilov - “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin nümayəndəsi;
Sahil Zeynallı - “Azərbaycan Sahibkarlar Konfederasiyası” ictimai birliyinin nümayəndəsi;
Günel Gözəlova - “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” ictimai birliyinin nümayəndəsi;
Xanoğlan Əhmədov - “Media və mülki cəmiyyət” ictimai birliyinin nümayəndəsi.