Dövlət Komitəsi yanında İctimai Şuraya yeni Seçkilər keçiriləcək - Komissiyanın ilk iclası
Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə təşkil edilən Seçki Komissiyasının iclası keçirilib.
Seçki Komissiyası İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyənləşdirilməsi, həmçinin seçki gününün təyin edilməsi məsələlərini müzakirə edib.
İclas zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyinin daha da genişləndirilməsi, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində qurumun fəaliyyətinə ictimai nəzarətin artırılması məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibinin genişləndirilməsi qərara alınıb və üzvlərinin say həddi 11 nəfər müəyyənləşdirilib.
Seçki Komissiyası qanunvericiliyin tələblərinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilərin keçirilməsini qərara alıb.