Azərbaycanda fəaliyyət göstərən reklam operatorlarını bir araya cəmləyən assosiasiya yaradıla bilər
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şuranın növbəti iclası olub. Samir Cəfərovun sədrliyi ilə keçirilən toplantıda prioritet məsələlərin müəyyənləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarları narahat edən mövcud problemlərin həlli yollarına dair təkliflər verilib. Reklam bazarında qiymətlərin tənzimlənməsi istiqamətində müvafiq tədbirlərin görülməsi də müzakirə mövzusu olub. Bu sahədə ölkədə fəaliyyət göstərən reklam operatorlarını bir araya cəmləyən assosiasiyanın yaradılmasının vacibliyi vurğulanıb. İctimai Şuranın növbəti iclasında reklam operatorlarının dəvət olunması, problemlərinin dinlənilməsi və bu sahədə müvafiq təkliflərin verilməsi qərara alınıb. Qeyd olunub ki, ADRA yanında İctimai Şura dövlət qurumu ilə bazar iştirakçıları arasında bundan sonra da körpü rolunu həyata keçirəcək.