Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şura

ADRA yanında İctimai Şuranın növbəti iclası keçirilib

ADRA yanında İctimai Şuranın onlayn keçirilən iclasında şuranın 2022-ci ilin ikinci rübü üçün Fəaliyyət Planı və cari məsələlər müzakirə edilib. Məmməd Şahməmmədovun sədrliyi ilə keçirilən toplantıda prioritet məsələlərin müəyyənləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarları narahat edən mövcud problemlərin həlli yollarının araşdırılaraq hüquqi ekspertizasının aparılması və bununla bağlı təkliflərin hazırlanması, həmçinin digər təşkilati-texniki məsələlərdən danışılıb. Qeyd edilən məsələlər üzrə müvafiq qurumlarla görüşlərin keçirilməsinin vacibliyi vurğulanaraq, yaxın gələcəkdə bununla əlaqədar dəyirmi masanın təşkilinin planlaşdırıldığı nəzərə çatdırılıb. Bildirilib ki, ADRA-nın açıq məkan reklamları ilə bağlı işinin səmərəli təşkil edilməsində, dövlət siyasətinin həyata keçirilməsində, eləcə də müvafiq qərarların qəbul olunmasında ictimai rəyin nəzərə alınması ilə əlaqədar vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi təqdirəlayiqdir. Toplantının sonunda ADRA yanında İctimai Şuranın ilkin dövr fəalliyətinin əsas prioritet məsələlərinin siyahısının hazırlanması və atılacaq addımların müəyyənləşdirilərək təsdiq edilməsi qərara alınıb.


Paylaş