Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şura

ADRA yanında İctimai Şuranın iclası keçirilib

ADRA yanında İctimai Şuranın iclası keçirilib. İclasda İctimai Şuranın 2022-ci il üçün Fəaliyyət Planı və cari məsələlər müzakirə edilib. Məmməd Şahməmmədovun sədrliyi ilə keçirilən toplantıda Agentliyin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə, monitorinq və qiymətləndirmə tədbirlərinin təşkili, normativ-hüquqi aktlara zəruri dəyişikliklər, müvafiq mövzular üzrə ictimai dinləmələrin keçirilməsi və digər təşkilati-texniki məsələlərdən danışılıb. İctimai Şura üzvləri qeyd ediblər ki, reklam alıcılarının açıq məkan reklamlarına marağının daha da artırılması məsələsində əsas maneə ölçü meyarlarının, reklam effektivliyinin dəyərləndirilməsi mexanizmlərinin olmamasıdır. Bildirilib ki, açıq məkan reklamları ilə bağlı fəaliyyətin səmərəli təşkil edilməsində, dövlət siyasətinin həyata keçirilməsində, eləcə də müvafiq qərarların qəbul olunmasında ictimai rəyin nəzərə alınması ilə əlaqədar vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi təqdirəlayiqdir. Toplantının sonunda ADRA yanında İctimai Şuranın növbəti iclasının vaxtı dəqiqləşdirilib, reqlamenti təsdiq olunub.  


Paylaş