Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şura

 Dövlət Reklam Agentliyi yanında İctimai Şuraya seçkilərin təşkili  növbəti aya təxirə salınıb

Agentliyin fəaliyyət istiqaməti üzrə ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi, ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədi ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən İctimai Şuranın yaradılması istiqamətində işlər görülmüşdür.

Belə ki, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Agentliyinin 02.11.2020-ci il tarixli F-81 nömrəli əmri ilə İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılaraq fəaliyyətə başlamışdır.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı üçün Agentliyin rəsmi internet səhifəsində (www.adra.gov.az), kütləvi informasiya vasitələrində elan yerləşdirilmişdir.

Hazırda İctimai Şurada üzvlüyə qeydiyyat prosesi başa çatmışdır. Lakin,  ölkə ərazisində COVID-19 virusunun yayılması ilə əlaqədar yaranmış xususi karantin rejiminin qaydalarına əməl olunması və sosial məsafənin minimuma endirilməsi səbəbindən İctimai Şuraya seçkilərin təşkili prosesi növbəti aya təxirə salınmışdır.

İctimai Şura açıq məkanda reklam yayımı sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Dövlət Agentliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcəkdir.


Paylaş