Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi yanında İctimai Şura

ADRA yanında İctimai Şura yaradılıb

Açıq məkan reklamları ilə bağlı fəaliyyətin səmərəli təşkil edilməsində, dövlət siyasətinin həyata keçirilməsində, eləcə də müvafiq qərarların qəbul olunmasında ictimai rəyin nəzərə alınması ilə əlaqədar vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) yanında İctimai Şura yaradılıb. Şuranın tərkibi reklam üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, eləcə də Qeyri Hökumət Təşkilatlarını (QHT) təmsil edən 13 nəfərdən ibarətdir. 

 

Şura üzvləri aşağıdakı tərkibdədir:

 

  1. Bağırov Elqar Etibar oğlu 
  2. Cəfərov Samir Tahir oğlu
  3. Eyvazlı Yelena Mixaylovna
  4. Əsgərov Kamran Əli oğlu
  5. Fətullayev Abbas Davud oğlu
  6. Hacıyev Əşrəf Rasim oğlu  
  7. Hüseyni Oqtay Hüseyn oğlu
  8. İsmayılov Zahid Cəlil oğlu
  9. Mehdiyev İntizam Akif oğlu
  10. Mustafayev Şaiq İbrahim oğlu
  11. Mütəllimova Xəyalə Elman qızı
  12. Səfərova Səyalı Əbilfət qızı 
  13. Şahməmmədov Məmməd Şamil oğlu

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) yanında İctimai Şuranın sədri və sədr müavini səsvermə yolu ilə Şuranın ilk iclasında seçiləcək. İclasın keçiriləcəyi tarix və yer haqda məlumat əvvəlcədən ictimaiyyətə açıqlanacaq.  

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.


Paylaş