Əlizadə Elvin Nurəddin oğlu 1993-cü il 20 fevralda Zəngilan rayonunun Ağalı kəndində anadan olmuşdur. Ölkəmizdə baş verən məlum siyasi proseslərin nəticəsi olaraq həmin ilin noyabr ayından məcburi köçkün kimi ailəsi ilə birlikdə Sumqayıtda məskunlaşmışdır. 2010-cu ildə Sumqayıt şəhərində 25 nömrəli tam orta məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə daxil olmuşdur. 2017-ci ildə AYB nəzdində Gənc Ədiblər məktəbinin məzunu olmuşdur.
Universiteti bitirdikdən sonra 1 il müddətində Beyləqan rayonunda n saylı hərbi hissədə hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra bu günə qədər Sumqayıt Regional mədəniyyət İdarəsi nəzdində Əli Kərim adına “Poeziya” Evində kütləvi tədbirlər təşkilatçısı olaraq fəaliyyət göstərir.
Bu günə qədər bir sıra beynəlxalq və respublika miqyaslı tədbirlərə ev sahibliyi etmişik. Ədəbi əlaqələrimin və yaradıcılığımın inkişafında çalışdığım müəssisənin xüsusi rolu olub.
Hələ məktəb illərindən şeirləri şəhər qəzetlərində və Sumqayıt məktəblilərinin şeirlərindən ibarət “Qanadlandıq uçmağa” adlı almanaxda çap olunmuşdur. Daha sonralar “Kaspi” , “525-ci qəzet”, “İcmal”, “Sözün sehri” “Sumqayıt” , Möhtəşəm Azərbaycan”, “168 saat” qəzetlərində, “Ulduz” və digər jurnallarda, AYB və DGTYB tərəfindən hazırlanmış bir sıra almanaxlarda, eyni zamanda Türkiyə və İran mətbuatında çap olunmuşdur.
2019-cu ildə Sumqayıt şəhərinin 70 illiy yubileyi münasibətilə düzənlənmiş I Mədəniyyət Festivalında “Sumqayıta həsr olunmuş ən yaxşı şeir” nominasiyası üzrə 1-ci yerə layiq görülmüşdür. 2020-ci ildə gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə, 2021-ci ildə Gənclər və İdman Nazirliyinin "ilin gənci" mükafatına layiq görülmüşdür.
2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir, bir övladı var.