Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şura

İctimai Şuranın təşəbbüsü ilə aztəminatlı ailələrin məktəblilərinə yardım edilib

Pandemiyanın yaratdığı çətinliklərin aztəminatlı ailələrə ağır təsirlərini və müraciətləri nəzərə alaraq Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə sosial vəziyyəti ağır olan ailələrin məktəbliləri üçün yardım aksiyası keçirilib.

Aksiyada bir neçə xeyirxah Zəngilan sakininin maddi dəstəyi sayəsində Bakı və ətraf ərazilərdə 51 aztəminatlı və şəhid ailəsindən olan 55 şagirdə 23 çeşiddə məktəb ləvazimatları təqdim edilib.

Zəngilanın 22 ərazi nümayəndəliyini əhatə edən aksiya çərçivəsində 1-5-ci siniflərdən olan 25 şagirdə 20 çeşiddə, 6-11-ci siniflərdən 30 şagirdə isə 15 çeşiddə məktəb ləvazimatları alınıb komplektləşdirələrək paylanıb. Məktəblilərə hədiyyələri ərazi icra nümayəndələrinin iştirakı ilə İctimai Şuranın sədri Sənan Məhərrəmov və şura üzvü Dilşad Həsənova təqdim edib.

Aksiyaya maddi dəstək olan Zəngilan rayon sakinləri Zemfira Məmmədovaya, Nərgiz Qürbətovaya, hacı Elxan Bayramova, Elman Əliyevə, hacı Mehman Əliyevə, Ceyhun Əliyevə, Şəmistan Ağalarova, Cövdət Mehdixanlıya, Anar Gəncəliyevə və adının çəkilməsinə etiraz etsə də, aksiyanın təşkilində xüsusi rolu olan daha bir hacı həmyerlimizə, tədbirin ağırlığını bölüşən Şamxal Məmmədova, o cümlədən cəmiyyətin həssas təbəqəsindən olan bu şagirdlərin ailələri ilə koordinasiya işlərinin təşkili və məktəb ləvazimatlarını ailələrə çatdırmaqda yaradılan şəraitə görə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova, başçının müavini Xanım Rüstəmovaya, eləcə də ərazilər üzrə icra nümayəndələrinə İctimai Şura və valideyinlər adından minnətdarlığımızı bildiririk!

İctimai Şuranın kollektivi yeni tədris ilində Zəngilan məktəblilərinə uğurlar arzulayır, onlara rayonumuzun parlaq gələcəyi naminə təhsilə daha məsuliyyətli yanaşmalarını tövsiyyə edir!

 

Fotolar

Paylaş